Metal Pullarla, Qızıl və Gümüş Sikkə və Külçə Formasında İnvestisiya

adətən qiymətli metal külçələr, külçə sertifikatları və külçə sikkələri (xüsusilə qızılın və gümüş) formasında qoyulan investisiyalar.
Meta
Metodika
OBASTAN VİKİ
Gümüş
Gümüş (Ag) – kimyəvi element, D. İ. Меndeleyevin kimyəvi elementlərin dövrü sisteminin beşinci periodunun əlavə yarımqrupunun kimyəvi elementi. Atom nömrəsi 47-dir. Ag (lat. Argentum) simvolu ilə göstərilir. Gümüş nəcib metal olaraq plastikdir, gümüşü-ağ rəngdədir. Ərimə temperaturu – 961.9 °C, qaynama temperaturu 1950 °C, bərkliyi — 10,5 g/см³. Əksər birləşmələrdə +1 oksidləşmə dərəcəsindədir. Gümüş çoxdan qiymətli bir metal kimi qiymətləndirilmişdir. Gümüş bəzən qızılla yanaşı bir çox külçə sikkədə istifadə olunur. Miqdarca qızıldan daha çox mövcud olsa da, təbii metal kimi çox azdır.
Planlaşdırma və İnvestisiya Nazirliyi (Vyetnam)
Planlaşdırma və İnvestisiya Nazirliyi (vyet. Bộ Kế hoạch và Đầu tư), əvvəllər Dövlət Planlama Komitəsi — Vyetnamda planlaşdırma və investisiyalar üzərində dövlət idarəçiliyi roluna cavabdeh olan nazirlik. Nazirliyin baş ofisi Hanoyda yerləşir. Agentlik ölkə səviyyəsində sosial-iqtisadi inkişaf üçün strateji məsləhətlər verir. Nazirlik həmçinin, milli iqtisadiyyat, konkret sektorlar, həmçinin yerli və xarici investisiyalar üçün iqtisadi idarəetmə mexanizmlərini və siyasətlərini proqramlaşdırır və planlaşdırır.
Külçə (Bicar)
Külçə (fars. كلوچه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 87 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.
Külçə (dəqiqləşdirmə)
Külçə — un məmulatı. Azərbaycanın milli mətbəxindən. Bunun üçün bizə 8 stəkan un, 4 ədəd yumurta, 3 stəkan süd, 8 stəkan şəkər tozu, 2 paket vanel lazımdır. Birinci şəkərlə yumurtanı qarışdırırıq. Sonra isə vaneli tökürük. Ən son olaraq unu və südü əlavə edirik. Acımağa qoyuruq. Acıdıqdan sonra xəmiri kiçik-kiçik kündələr halına gətiririk. Onları yuxa kimi yayırıq. Uyğun bir qab götürüb yaydığımız yuxanı tək-tək qabın içinə qoyuruq.
Külçə (yemək)
Külçə — un məmulatı. Azərbaycanın milli mətbəxindən. Bunun üçün bizə 8 stəkan un, 4 ədəd yumurta, 3 stəkan süd, 8 stəkan şəkər tozu, 2 paket vanel lazımdır. Birinci şəkərlə yumurtanı qarışdırırıq. Sonra isə vaneli tökürük. Ən son olaraq unu və südü əlavə edirik. Acımağa qoyuruq. Acıdıqdan sonra xəmiri kiçik-kiçik kündələr halına gətiririk. Onları yuxa kimi yayırıq. Uyğun bir qab götürüb yaydığımız yuxanı tək-tək qabın içinə qoyuruq.
Sikkə
Sikkə — metaldan və ya başqa materialdan düzəldilmiş müəyyən forma, kütlə və dəyərə malik pul kütləsidir. Hazırda xırda pul kimi işlənən, eləcə də kolleksiya, xatirə və investisiya sikkələri buraxılır. Adətən sikkələr dairə formasında hazırlanır. Sikkənin üzərində zərb olunduğu yer, tarix, hökmdarın və ya ilahların təsviri, mühüm tarixi hadisə təsvir oluna bilər. Sikkə sözu ərəb mənşəli sözdur. Dilimizə ərəb işğalından sonra keçmişdir. İlk sikkələr demək olar ki, e.ə. VII əsrdə qədim Çin və qədim Lidiya dövlətində meydana gəlmişdir. İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik Asiyanın qərb hissəsi) yaranıb. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur.
İnvestisiya
İnvestisiya (ing. investment) — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir. İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur. Maliyyə aktivlərinə investisiya qoyuluşu qiymətli kağızlara və digər maliyyə aktivlərinə (ssudalara, digər müəssisələrin nizamnamə fondlarına və s.) qoyuluşları əks etdirir. Onlar ölkə və xarici maliyyə aktivlərinə investisiyaları birləşdirir. İnvestisiyalar — mənfəət əldə etmək və (və ya) başqa bir faydalı effekt əldə etmək üçün sahibkarlıq və (və ya) digər fəaliyyət obyektlərinə qoyulmuş pul dəyəri, pul hüquqları olan digər hüquqlar da daxil olmaqla pul, qiymətli kağızlar, digər əmlak. C. R. McConnell və S. L. Bryu, İqtisadiyyat kitablarında investisiyanı istehsal və istehsal vasitələrinin yığılması ilə birlikdə mal ehtiyatlarının artması kimi dəyərləndirdilər. Monetar pul nəzəriyyəsi baxımından vəsait istehlaka və ya qənaətə sərf edilə bilər.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı — dünya üzrə təxminən 97 milyon nəfər könüllünü, üzvü və işçi heyətini əhatə edən beynəlxalq humanitar hərəkat olub, insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək və ondan qorumaq məqsədi ilə yaradılmışdır. Hərəkat hüquqi cəhətdən biri-birindən müstəqil olan, lakin ümumi əsas prinsiplərlə, məqsədlərlə, simvollarla, nizamnamələrlə və idarəetmə qurumları ilə birləşmiş müxtəlif fərqli təşkilatlardan ibarətdir: Beynəlxalq Qızıl Xaç Komitəsi (ICRC)— xüsusi xeyriyyə təşkilatı olaraq 1863-cü ildə İsveçrənin Cenevrə şəhərində Anri Dünan and Gustave Moynier tərəfindən yaradılmışdır. Təşkilatın 25 üzv komitəsi beynəlxalq humanitar hüquqa uyğun olaraq beynəlxalq və daxili silahlı münaqişə qurbanlarının həyat və ləyaqətlərinin qorunmasında xüsusi hüquqa sahibdir. Təşkilat üç dəfə (1917, 1944, 1963) Nobel Sülh Mükafatına layiq görülüb. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası — 1919-cu ildə yaradılıb və hazırda hərəkat daxilində 190 Milli Qızıl Xaç Və Qızıl Aypara Cəmiyyəti arasında fəaliyyətləri koordinasiya edir. Bu federasiya beynəlxalq səviyyədə Milli cəmiyyətlərə dəstək verir. Beynəlxalq Federasiyalar Katibliyi İsveçrənin Cenevrə şəhərində yerləşir. Federasiya 1963-cü ildə (o zaman Qızıl Xaç Cəmiyyətlər Liqası adlanırdı) ICRC birlikdə Nobel Sülh Mükafatına layiq görülür. Milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyətiləri — dünyanın 190 ölkəsində mövcuddur. Hər bir Milli Cəmiyyət beynəlxalq humanitar hüququn prinsiplərinə və Beynəlxalq Hərəkatının nizamnaməsinə əsasən fəaliyyət göstərirlər.
Metal
Metal (lat. metallum, " şaxta " deməkdir) — temperaturun artması ilə azalan elektrik keçiriciliyinə, istilik keçiriciliyinə, deformasiya oluna bilmə və metalik parıltı kimi xassələri özündə əks etdirən təmiz materiallara deyilir. Məlum olan 118 kimyəvi elementin 90-dan çoxu metaldır. Metalsız yer kürəsini təsəvvür etmək mümkün deyil. Belə ki, Yer kürəsinin nüvəsi, əsasən, dəmir və nikeldən, mantiyası alüminiumun birləşmələrindən, litosferi (Yer qabığı) isə bir çox metal birləşmələrindən ibarətdir. Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş dioqnalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır). Metalların əsas ümumi fiziki xassələri aşağıdakılardır: metal parıltısı; yüksək istilik və elektrik keçiriciliyi; plastiklik. Onların xarici qüvvənin təsiri ilə dağılmadan öz formasını dəyişmək qabiliyyətidir. Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Gümüş (Dərəçiçək)
Gümüş — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd Rayon mərkəzindən 16 km cənub-qərbdə, Zəngi çayının yanında, Alapars kəndinin yaxınlığında yerləşmişdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Gümüş filiz yataqları olduğu üçün kənd Gümüş adlandırılmışdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Kənddə 1831-ci ildə 48 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 311 nəfər, 1914 - cü ildə 796 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Onların yerində ermənilər məskunlaşdırılmışdır. Gümüşün 1918-ci ildə 820 nəfər əhalisi olmuşdur. Kəndi elə yandırmışlar ki, bir həftə belə tüstü ilə birlikdə yanan insan bədəninin qoxusu xeyli aralıdan hiss olunmuşdur. Bununla da “əzabkeş” ermənilər Gümüşə də birdəfəlik sahib olmuşlar.
Gümüş Minillik
Gümüş Minillik (シルバーミレニアム, Shirubāmireniamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" mediafranşizində istifadə olunan qavrayış. Gümüş Minillik Seylor döyüşçülərinin reinkarnasiya olmamalarından qabaq Ay Krallığında hökm sürən təntənəli dövrdür. Bu dövrdə Ay Krallığı və digər planetlər sülh şəraitində yaşamışdır. Gümüş Minillik ilə personajların keçmiş həyatları əlaqələnir. Orijinal Gümüş Minillik qədim Qızıl dövrü kimi təsvir olunmuşdur. İnsanlar sülh içərisində yaşayırdılar, seriyada yer alan Yer və Ay Krallıqları arasındakı münasibətlər yaxşı idi. İngilis dublajına görə Ay Krallığı 1000 il əvvəl, orijinal manqaya görə isə krallıq tarix öncəsi dövrdə mövcud olmuşdur. Adına baxmayaraq, Gümüş Minillik 1000 ildən daha uzun çəkmişdir. Ay Krallığının başçısı seriyanın yan personajlarından biri olan Kraliça Serenitidir və krallığın sarayı Sereniti dənizində yerləşir. Ay Krallığı seriyanın əsas personajları olan Şahzadə Sereniti və Seylor döyüşçülərinin vətənidir.
Gümüş medal
Gümüş medal — mükafat olaraq istifadə edilən medal növlərindən biri. İdmanda gümüş medal, adətən yarışda ikinci yeri qazanan iştirakçıya təqdim edilir. Birinci və üçüncü yeri tutan qaliblər müvafiq olaraq qızıl medal və bürünc medallarla mükafatlandırılır. 2004-ci ildən başlayaraq və Afina Olimpiya oyunlarının, ənənələrindən uzaqlaşdılar və medal hər iki tərəfin təşkilatçılarının unikal dizaynına əsasən hazırlandı.
Gümüş qol
Gümüş qol — futbolda pley-off mərhələsinin oyunlarında əsas vaxt (90 dəqiqə) başa çatdıqdan sonra bərabər nəticə olan halda qalibi müəyyənləşdirmək üçün 2003–2004-cü illərdə istifadə olunan üsul. Eyni anda əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət 2 hissə) təyin edilir. Qaydaya görə, əgər hər hansı əlavə hissə ərzində komanda qol vurarsa, onda əvvələr tətbiq olunan "qızıl qol" qaydasından fərqli olaraq oyun bitmir və həmin hissənin sonuna qədər davam edir, daha dəqiq isə əgər ilk əlavə hissə qalibi müəyyənləşdirsə, onda ikinci əlavə hissə oynanılmır və oyun bitmiş sayılır. Əgər ilk əlavə hissə başa çatdıqdan sonra hesab heç-heçə olarsa, onda əlavə vaxt tam oynanılır. Əgər əlavə vaxt keçdikdən sonra heç bir komanda qol vura bilmədisə və ya eyni sayda qol vurdusa, onda qalib əvvəlki kimi penalti seriyası vasitəsilə müəyyən olunur. 2004-cü ildə keçirilən UEFA Avropa çempionatı "Gümüş qol"un tətbiq edildiyi yeganə böyük turnir olmuşdur, özü də bu üsulun taleyi hələ turnirin başlamasından əvvəl həll olunmuşdu, çünki 2004-cü ilin fevral ayında "iki overtaym və penalti" klassik formatının qaytarılması qəbul olundu. Matçın nəticəsinə təsir edən yeganə "gümüş qol"u helə məhz bu turnirdə vuruldu, qol Yunanıstan — Çexiya arasında oynanılan yarımfinalın birinci əlavə hissəsində vurulmuşdur. Qolun müəllifi Yunıstan millisinin oyunçusu Trayanos Dellas olmuşdur. Maraqlıdır ki, ilk "qızıl qol"u da məhz Çexiya yığması 1996 Avropa çempionatının finalında buraxmışdır. "Gümüş qol" qaydasının qüvvədə olduğu zamanı əlavə vaxtda vurulan qalan bütün qollar əlavə olunan ikinci hissədə qeydə alınmışdır, beləliklə bir qayda olaraq oyunların nəticələrinə təsir göstərməmişdir.
Gümüş qıjı
Gümüş qıjı (lat. Cyathea dealbata) — Qıjı cinsinə aid bitki növü. Ağacın yüksəkliyi 10 m qədər yetişər. Gümüş qıjının yarpağı, Yeni Zelandiyanın Milli Gülü dür.
Gümüş rəngi
Gümüşü – rəng çaları.
Gümüş samur
Gümüş samur (ing. Silver Sable) və ya əsl adı ilə Silver Sablinova – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan personaj. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur. Gümüş samur muzdlu döyüşçü, Silver Sable International şirkətinin sahibi və cinayətkar ovçusudur. Əsasən Hörümçək-adamın müttəfiqi kimi göstərilir. 2017-ci ilin martında Sony Pictures Gümüş samur və Qara pişik personajları üçün ortaq film çəkəcəklərini anons etmişdi. "Gümüş və Qara" adlanacaq filmin istehsalı yubadılmış, sonda 2018-ci ilin avqustunda film ləğv olunmuşdur. Əvəzinə hər personaj üçün ayrıca film çəkmək qərarı alınmışdır. "Gümüş samur" filmi üçün studiya ssenaristlər axtarır. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış personaj ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur.
Gümüş standartı
Gümüş standartı — gümüşə əsaslanan pul sistemi. Gümüş standartı Bizans imperiyasının dağılmasından sonra yarandı və düz XIX əsrə qədər hakim sistem idi. XVI əsrdə Potosi yaxınlığındakı Serro Rikoda böyük gümüş yataqları tapıldıqdan sonra beynəlxalq gümüş standartı ispan pesosu ilə əlaqələndirildi. Bu gümüş ispan dollarları təxminən dörd yüz il ərzində beynəlxalq ticarətdə dünya valyutası sayılırdı. 1704-cü ildə, Anna Stüart kraliça elan edildikdən sonra, Britaniya Vest Hindistanı dublonlar, ispan qızıl sikkələri ilə birlikdə qızıl standartını tətbiq edən ilk bölgələrdən biri oldu. 1717-ci ildə Kral zərbxanasının rəhbəri ser İsaak Nyuton gümüş və qızıl arasında yeni bir məzənnə tətbiq etdi və bu nəticədə Böyük Britaniya faktiki olaraq qızıl standartına keçdi. Napoleon müharibələrindən sonra Böyük Britaniya qızıl soverenləri tətbiq etdi və 1821-ci ildə rəsmi olaraq qızıl standartını qəbul etdi. Eyni zamanda, Latın Amerikasındakı inqilablar Potosi və Limadakı zərbxanalarda istehsal olunan gümüş dollarların (peso) tədarükünü dayandırdı. Britaniya qızıl standartı ilk olaraq bəzi Britaniya koloniyalarına, xüsusən də Avstraliya və Cənubi Afrika müstəmləkələrinə yayıldı, amma Şimali Amerika müstəmləkələri, Britaniya Hindistanı və Cənub-Şərqi Asiyaya yayılmadı. Kanada əyaləti 1853-cü ildə, Nyufaundlend koloniyası isə 1865-ci ildə qızıl standartını qəbul etdi.
Sinan Gümüş
Sinan Gümüş (15 yanvar 1994) — Türkiyənin Super Liqa klubu "Antalyaspor"-da hücumçu kimi çıxış edən alman peşəkar futbolçu.
Sərbəst gümüş
Sərbəst gümüş – Ag — Kubik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Küstelit (10 %-dək və daha çox miqdarda Au), animikit (Sb), çilenit (Bi), misli gümüş və b. Rəng – gümüşü-ağ, çox vaxt sarı və qəhvəyi çalarlı dəyişkən rəng alır; oksidləşdikdə qaralır; Mineralın cizgisinin rəngi – gümüşü-ağ, parıltılı; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 9,6-12; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqvari, tikanlı, qabıqlı; Başqa xassələr – döyülən, əyilən və plastikdir; ən yaxşı elektrik və istilik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, oktaedrik, dodekaedrik, bəzən sap şəkilli kristallar – viskerlər; İkiləşmə: {111} üzrə sadə; Mineral aqreqatları: püruzlar, məftil formalı, eşilmiş məftil şəkilli, mamıraoxşar əmələgəlmələr, lövhəciklər, dendritlər, külçələr. Hipogen sərbəst gümüş hidrotermal yolla əmələ gəlir və adətən kalsit, barit və gümüş-arsenid damarlarında qeyd olunur. Məşhur Kobalt yatağında (Ontario əyaləti, Kanada) gümüşün bir neçə yüz kiloqramlıq külçə və lövhələri tapılmışdır. Hipergen sərbəst gümüşə bəzən çox iri külçələr şəklində qurğuşun-sink, gümüş və kolçedan-polimetal yataqlarında rast gəlinir. O, mis mineralları ilə birlikdə az miqdarda misli qumdaşlarında və şistlərdə qeyd edilir. Bəzən səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: argentit, pirargirit, prustit, stefanit, polibazit, qalenit, kobaltin, arsenopirit, nikelin, uraninit, kalsit, barit, dolomit və b.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası İsveçrənin Cenevrə şəhərində yerləşən ümumdünya humanitar yardım təşkilatıdır. 192 üzvdən ibarət Milli Cəmiyyətləri vasitəsilə hər il 160 milyon insana yardım edilir. O, həssas insanların ehtiyaclarını ödəmək və həyatlarını yaxşılaşdırmaq üçün fəlakətlərdən və fövqəladə vəziyyətlərindən əvvəl, fəlakət zamanı və ondan sonra fəaliyyət göstərir. Təşkilat milliyyət, irq, cins, dini inanclar, sinfi və siyasi fikirlərə münasibətdə qərəzsiz davranır. 5 may 1919-cu ildə Birinci Dünya Müharibəsindən sonra Müttəfiq Dövlətlərin Milli Qızıl Xaç Cəmiyyətlərinin (Birləşmiş Krallıq, Fransa, İtaliya, Yaponiya və ABŞ) nümayəndələri Qızıl Xaç Cəmiyyətləri Liqasını (LORCS) yaratmaq üçün Parisdə bir araya gəldilər. IFRC Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və 192 Milli Cəmiyyətlərlə birlikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bir hissəsidir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti IFRC'nin Azərbaycandakı rəsmi nümayəndəsidir. Türkiyə Qırmızı Aypara Cəmiyyəti isə Türkiyədə əsas nümayəndədir.
Bilon sikkə
Bilon sikkə — natamam qiymətli xırda metal pul. Bilon sikkənin nominal dəyəri ibarət olduğu metalın və kəsilməsinə xərclənən xərcin dəyərindən yüksək olur; bu fərq dövlət büdcəsinə sikkə gəliri kimi daxil edilir. Bilon sikkə qızılın əvəzedicisi və nəticə etibarilə dəyər nişanıdır.
Sikkə çevrəsi
Sikkə çevrəsi — sikkə, dairəvi jetonlar, medallar və s. kənarı. Sikkə çevrələri adətən tərtib edilmiş olurlar. Tərtib edilməmiş çevrənin xarici görünüşü sikkənin istehsal texnologiyasından asılıdır. Əvvəlcədən hazırlanmış nümunələr üzrə zərbedilmə işi zamanı o, zəif tərtib edilmiş hamar düz silindrə bənzəyir; sikkə metal zolaqdan kəsildiyi zaman isə zəif tərtib edilmiş çoxüzlüyə oxşayır.
İnvestisiya bankı
İnvestisiya bankı (ing. Investment bank) — iri şirkətlərin və hökumətlərin qlobal maliyyə bazarlarında kapital toplamasını təşkil edən, eyni zamanda səhmlər və istiqrazlar, ticarəti sahəsində lider vasitəçi olmaqla, müəssisələrin alqı-satqısı, vasitəçilik xidmətləri göstərən bir maliyyə qurumu, valyutalar və əmtəələr, həmçinin fəaliyyət göstərdiyi bütün bazarlar barədə analitik hesabatlar verir. ABŞ bankları 1930-cu illərdə Böyük Depressiya səbəbiylə ticarət və investisiya banklarına ayrıldı. Lakin 1999-cu ildə Qlass — Stiqoll qanunu ləğv edildi və kommersiya banklarına yenidən investisiya bankçılığı ilə məşğul olmağa icazə verildi. Vəziyyət 2007-2009 böhranı ilə əlaqədar olaraq dəyişməyə başladı: İngiltərə və ABŞ daxil olmaqla bir çox ölkə investisiya bankçılığını kommersiya bankçılığından ayırmaq məsələlərini müzakirə edir. Tipik investisiya bankı aşağıdakı funksiyaları yerinə yetirir: Anderraytinq və qiymətli kağızlar ticarəti; Xüsusi və institusional investorlara broker xidmətləri təklif etmək; Birləşmə və satın almalar xidmətləri; Maliyyə analitikası və tədqiqatı; Müəyyən qiymətli kağız növləri üçün marketmeykerlər. İnkişaf etmiş maliyyə bazarı olan bir ölkədə fəaliyyət göstərən bir investisiya bankı üçün birləşmə və birləşmələr çox vaxt əsas gəlir sahəsinə çevrilir. Bir çox Rusiya müəssisəsi və maliyyə qrupu, birləşmə və birləşmələri həyata keçirmək üçün bir investisiya bankının xidmətlərinə ehtiyac olduqda hələ inkişaf səviyyəsinə çatmamışdır. Rus şəraitində birləşmə və satınalma çox vaxt böyük hissə blokları ilə əməliyyatlar kimi başa düşülür. Bununla birlikdə, ayrı-ayrı müəssisələrin alqı-satqısı, birləşmə və birləşmə ilə eyni deyil.
İnvestisiya fondu
İnvestisiya portfeli investisiya fondunun malik olduğu aşağıda göstərilən tələblərə cavab verən investisiyaların məcmusudur: açıq investisiya fondu üçün xalis aktivlərinin dəyərinin 15 faizə qədəri, qapalı investisiya fondu üçün isə xalis aktivlərinin dəyərinin 25 faizə qədəri bir emitentin qiymətli kağızları olan emissiya qiymətli kağızlarına investisiya oluna bilər. Dövlət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlara açıq investisiya fondunun xalis aktivlərinin 25 faizə qədəri, qapalı investisiya fondunun xalis aktivlərinin isə 35 faizə qədəri investisiya oluna bilər,açıq investisiya fondu bir emitentin qiymətli kağızlarının qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmış ümumi məbləğinin 15 faizə qədərini, qapalı investisiya fondu isə 25 faizə qədərini ala bilər. 1. İnvestisiya fondunun nizamnamə kapitalının minimum məbləğini və onun formalaşdırılmasının xüsusiyyətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 2. Nizamnamə kapitalı artırıldıqda səhmdarların yeni emissiya edilən səhmlərin alınmasında üstün hüquqları yoxdur. İnvestisiya fondunun afilə edilmiş şəxsləri aşağıdakılardır: onun müdiriyyəti (müdiri) və müdiriyyətin (müdirin) afilə edilmiş şəxsləri; investisiya fondunun vəzifəli şəxsləri; investisiya fondunun bütün səhmlərinin 5 faizindən artıq hissəsinə sahib olan fondun səhmdarları; nizamnamə kapitalında investisiya fondunun payı 5 faizdən artıq olan səhmdar cəmiyyətləri. Fondun müdiriyyətinin (müdirinin) afilə edilmiş şəxsləri onun müdiriyyətinin vəzifəli şəxsləri və iştirakçılarıdır, habelə qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət göstərən digər subyektlərdir.
İnvestisiya payı
İnvestisiya payı — investisiya fondunu təşkil edən əmlakın mülkiyyətində onun sahibinin payını, idarəedici şirkətdən pay investisiya fondunun düzgün idarə edilməsini tələb etmək hüququnu, etibarlı idarəetmə müqaviləsinə xitam verildikdə pul kompensasiyası almaq hüququnu təsdiq edən adlı qiymətli kağız pay investisiya fondunun bu pay investisiya fondunun investisiya paylarının bütün sahibləri ilə (pay investisiya fondunun fəaliyyətinə xitam verilməsi). Açıq paylı investisiya fondunun investisiya payı həm də bu pay sahibinin idarəedici şirkətdən investisiya payının geri alınmasını və bununla əlaqədar onun payına uyğun pul kompensasiyasının ödənilməsini tələb etmək hüququnu təsdiq edir. bu paylı investisiya fondunu təşkil edən əmlaka ümumi mülkiyyət hüququ, istənilən iş günü. İnvestisiya payı səhm qiymətli kağızı deyil. İnvestisiya payı ilə təsdiq edilmiş hüquqlar sənədsiz formada qeydə alınır. Açıq və interval vahid investisiya fondlarının idarəetmə şirkətləri tərəfindən buraxılan investisiya paylarının sayı məhdudlaşdırılmır. Qapalı paylı investisiya fondunun idarəedici şirkəti tərəfindən buraxılmış investisiya paylarının sayı bu pay investisiya fondunun etibarlı idarə edilməsi qaydalarında göstərilir. İnvestisiya payının nominal dəyəri yoxdur. Bir mülkiyyətçiyə məxsus olan investisiya vahidlərinin sayı kəsr sayı kimi ifadə edilə bilər. Qiymətli kağızların investisiya vahidlərindən törəmə alətlərin buraxılmasına yol verilmir.